Azərbaycan xalqının tarixinə
1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalı faciəsi kimi daxil olmuşdur.
Ermənistan silahlı qüvvələri bütün beynəlxalq hüquq normalarına zidd olaraq,
keçmiş sovet ordusunun Xankəndi şəhərində yerləşən 366-cı motoatıcı alayının
şəxsi heyətinin iştirakı ilə yatan şəhərə hücum edərək azərbaycanlılara qarşı
soyqırım aktını törətmişlər.
Bu hərbi təcavüz zamanı Xocalı ağır
hərbi texnikadan şiddətli atəşlər nəticəsində darmadağın edilmiş, dinc
sakinlərə amansızcasına divan tutulmuşdur. Bir neçə saat ərzində 613
soydaşımız, o cümlədən 106 qadın, 63 uşaq və 70 qoca xüsusi qəddarlıqla qətlə
yetirilmiş, meyitlər üzərində təhqiredici hərəkətlərə yol verilmişdir. Həmin
kütləvi qırğın həyata keçirilərkən 8 ailənin həyatına son qoyulmuş, 25 uşaq hər
iki valideynindən, 130 uşaq isə valideynlərinin birindən məhrum edilmiş, 487
dinc Xocalı sakini ağır yaralanmış və 1275 nəfər girov götürülmüşdür. Girov
götürülənlərdən 150 nəfərin taleyi indiyədək məlum deyil.
Qanlı Xocalı qırğınını törətməklə
Dağlıq Qarabağın hüdudlarından kənara çıxan Ermənistan Azərbaycana qarşı
genişmiqyaslı təcavüzə başladı. Ermənistan–Azərbaycan Dağlıq Qarabağ münaqişəsi
zamanı 20 min vətəndaşımız öldürüldü, 50 min nəfərdən çox adam yaralandı və
əlil oldu, ölkəmizin ərazisinin 20 faizi işğal edildi. Xalqımız misli
görünməyən humanitar fəlakətlə üz-üzə qaldı. Xalqımızın
qan yaddaşında əbədi yaşayacaq Xocalı faciəsini respublikamız hər il ümumxalq
hüzn günü kimi geniş qeyd edir.Allah rəhmət eləsin.
"EtalonSecurity" MMC