
Dünya Azərbaycanlılarının Həmrəylik Gününün əsası 1989-cu
il dekabrın
sonlarında Naxçıvanda SSRİ-İran
sərhədlərinin dağılması zamanı qoyulub.
1991-ci il dekabrın 16-da Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin sədri Heydər Əliyev dünya azərbaycanlılarının birliyini
yaratmağın əhəmiyyətini nəzərə alaraq, dekabrın
31-ni Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan edib.
Daha sonra 1993-cü ildə Azərbaycan Respublikası prezidenti
Heydər Əliyevin fərmanı ilə 31 dekabr tarixi rəsmi olaraq
dövlət bayramı – Dünya Azərbaycanlıların Həmrəylik Günü elan olunub.
O vaxtdan bütün azərbaycanlılar üçün əziz olan
31 Dekabr - Dünya Azərbaycanlılarının
Həmrəylik Günü olaraq bayram edilir.
Məhz bu gün bütün dünya Azərbaycanlıları bir araya gəlir və bütün dünyaya
sübut edir ki, dünyanın ən qüdrətli dövləti məhz AZƏRBAYCANDIR!









