az ru en

Xəbərlər

"Etalon Security" MMC –nin rəhbərliyibütün Azərbaycan xalqının tarixində əlamətdar hadisə olan 15 iyun – Milli Qurtuluş Günü  münasibətilə səmimi qəlbdən təbrik edir.

Xalqımıza uzun ömür, möhkəm cansağlığı, firavan həyat arzulayır.

Ümummilli lider Heydər Əliyevin tarixi qayıdışından qaynaqlanan bu gün ölkəmizin həyatında yeni dövrün əsasını qoymuş, müasir tariximizə müstəqil Azərbaycan dövlətinin qurulması mərhələsi kimi daxil olmuşdur. Bu günü yaşatmaq üçün Möhtərəm Prezidentimiz İlham Əliyevin gördüyü işlər hər bir azərbaycanlının istək və arzusunu təcəssüm edir.

Azərbaycan Respublikasının tərəqqisi, inkişafı və xalqımızın rifah halının yaxşılaşması naminə gördüyünüz bütün işlərdə Sizə uğurlar arzulayırıq.



"Etalon Security" MMC