
Mayın 8-də Dağlıq Qarabağda ən böyük azərbaycanlı yaşayış məntəqəsinin – Şuşa şəhərinin erməni silahlı qüvvələri tərəfindən işğalının 23 ili tamam oldu. 1992-ci il mayın 8-də ermənilər Şuşanı işğal etməlıəDağlıq Qarabağa nəzarəti tamamilə ələ keçirdilər. Azərbaycanın bölgədə mühüm strateji mövqeyi əldən verməsi sonrakı itkilərə zəmin yaratdı.Şuşanın işğalı həmin dövrdə respublikadakı faktiki hakimiyyətsizliyin, ordu hissələrinin siyasi oyunlara cəlb edilməsinin aşkar nəticəsi idi. İşğal nəticəsində rayonun 20 mindən çox əhalisi didərgin düşdü.









