
Azərbaycanın Şuşa
şəhərinin ermənilər tərəfindən işğal olunmasından 22 il ötür
Azerbaycanın bu qədim, zəngin tarixə və mədəniyyətə malik şəhərinin Ermənistan Silahlı Qüvveleri tərəfindən ələ keçirilməsi ilə Dağlıq Qarabağın işğalı başa çatdırılıb. Bununla, ermənilər bölgənin
Azerbaycandan faktiki qoparılmasına nail olublar. Şuşanın işğalı nəticəsində 480 günahsız vətəndaş qətlə yetirilib, 600 nəfər yaralanıb, 22 min nəfər öz
yurdundan didərgin düşüb. Əsir götürülmüş 68 soydaşımızın taleyi barədə bu günə qədər məlumat yoxdur. İşğal neticəsində Şuşadakı bir sıra tarixi-mədəniyyet
abidələri düşmən tərəfindən talan edilib. Bu siyahıya Xan mağarası, Qaxal
mağarası, Şuşa qalası da daxil olmaqla bütövlükdə 279 dini, tarixi ve mədəni
abidə daxildir. Ermənilər Azerbaycana məxsus olan bir çox abidənin məhv
edilməsinə ve ya ərmənileşdirilməsinə nail olublar. Onlar Şuşada 7 məktəbəqədər
uşaq müəssisəsini, 22 ümumtəhsilməktəbini, mədəni-maarif, kənd təsərrüfatı
texnikomlarını, 8 mədəniyyət evini, 14 klubu, 20 kitabxananı, 2 kinoteatrı, 3
muzeyi, Şərq musiqi alətləri fabrikini dağıdıblar. Ümumilikdə 1992-ci il mayın
8-de Ermənistan Silahlı Qüvvələrinin Şuşanı işğal etməsi nəticəsində Azerbaycanın 289 kvadrat kilometr ərazisi ermənilərin nəzarətinə keçib.
İşğal əməliyyatı
8 may 1992-ci il tarixdə Qarabağ
cəbhəsinin komandanı Arkadi Ter–Tadevosyan Şuşa şəhərinə
hücum üçün əmr imzaladı. Əslində isə ermənilərin Şuşa üzərinə hücumlarının
icrasına artıq aprel ayının 27-dən başlanmışdı. Arkadi Ter–Tadevosyan bu əmri
isə cəbhə boyu ermənilərin hücumlarını rəsmləşdirməklə bərabər bu hücumları
daha da intensivləşməsinə səbəb oldu. Şuşa istiqamətində bütün cəbhə boyu
ermənilər üstünlüyü ələ almışdılar, onlar bütün imkanlarını səfərbər edərək
Şuşanın süqutuna doğru irəliləyirdilər. Ermənilər aldadıcı manevrlərlə Şuşa
şəhərinin mühasirəsini daraltmağa çalışırdılar. Belə ki, 1992-ci il may ayının
6-da Yura Ovanesyan Canhəsən istiqamətindəki
Azərbaycan mövqelərinə bir neçə sarsıdıcı zərbələr endirərək, döyüş mövqeyini
dəyişib Şuşa şəhərinə doğru istiqamətləndi. Canhəsən–Kosalar istiqamətindəki
Yura Ovanesyanın başladığı döyüşü davam etdirilməsi tapşırığını 26-cı bölmə öz
üzərinə götürdü. Burada erməni ordusunun əsas məqsədi Azərbaycan döyüşçülərinin
diqqətini Canhəsən–Kosalar istiqamətinə cəlb etməklə Şuşa şəhərini mühasirəyə
salmaq idi. Həmin gün axşama doğru Azərbaycanın iki hərbi vertolyotu Suşa
ətrafındakı ermənilərin təmas xəttinə zərbələr endirdilər bundan bir neçə
dəqiqə sonra Su-25 döyüş təyyarəsi
qalxaraq Xankəndi şəhərinə bir
neçə bomba atıb Ağdam istiqamətində
uçub getdi. Bu Azərbaycan tərəfinin Şuşanın süqutuna qədər sonuncu həmlələri
oldu. Şuşanın işğalını müşahidə etmək üçün may ayının 6-da bütün erməni
komandanlığı, xarici qonaqlar və jurnalistlər dəniz səviyyəsindən 1207,3 m
şimal yüksəkliyində yerləşən Şuşakəndə
toplaşmışdılar. Onların sırasında Qarabağ cəbhəsinin komandanı Arkadi
Ter–Tadevosyan, Ermmənistanın müdafiə naziri Vazgen Sərkisyan, general Qurqen
Dalıbaltayan, Ermənistanın hərbi qərəargah rəisi Feliks Qozoryan, Robert
Koçaryan, Serj Sərkisyan, Leonid Martirosyan, Oleq Eseyan,Zori Balayan, Andrey Saxarovun ögey oğlu Aleksey Semenov, Elena Bonner, Baronessa Koks, eləcədə
«Ümumdünya xristian həmrəyliyi» və "Daşnaksütun”
terror təşkilatının rəhbərləri özlərinə xüsusi yer almışdılar. Onlar buradan
bütün cinahlar boyu hücum xəttini izləyir və öz döyüşçülərinə göstərişlər
verirdilər. Ermənilərin, birinci və ikinci cinahlarla irəliləyən qoşun
hissələrinin döyüş tapşırığı, Şuşaya istiqamətlənən yollardakı
azərbaycanlıların bütün atəş nöqtələrini susduraraq qala divarlarına
yaxınlaşmaq idi.
Üçüncü cinahın döyüşçüləri isə Şuşa – Laçın yolunu
atəş altında saxlayaraq Şuşanı mühasirəyə salmaqla, Laçın – Qubadlı
istiqamətindən Şuşaya köməyə gələn azərbaycanlı döyüşçülərin hərəkətinə mane
olmaqla bərabər Zarıslı kəndini işğal edərək orada möhkəmlənmək bununla da
Laçınla Şuşanın əlaqəsini tamam kəsmək əmri almışdılar. Canhəsən – Kosalar
istiqamətindəki döyüşçülərə çoxlu sayda aldadıcı manevrlər etmək, azərbaycanlı
döyüşçülərin diqqətini bu aldadıcı manevrlərə cəlb etmək tapşırılmışdı. Məhz
bundan sonra süni yaradılmış vəziyyətdən istifadə edərək Şuşanın mühasirəsini
getdikcə daraldaraq şəhəri təslim etmək olardı. Kərkicahan kəndindən və
Xankəndindəki Rus Hərbi bazalarından Şuşa şəhərinin yaşayış məntəqələrinə və
ictimai iaşə obyektlərinə fasiləsiz raket zərbələri endirilirdi. Bundan
vahiməyə düşən Şuşanın mülki əhalisi keçilməz meşələrlə Laçın istiqamətində
canlarını götürüb qaçırdılar. Nə səbəbdənsə Şuşanın mühasirəsindən qabaq
Azərbaycanın Hərbi komandanlığı Şuşadakı azərbaycanlı döyüşçülərin bir qismini
cəbhə xəttindən geri çəkmiş, digər bir qismi isə məzuniyyətə buraxmışdı. Cəbhə
xəttində pərakəndəlik və özbaşınalıq hökm sürdüyündən, döyüşçülərin sırasında
üstəlik özbaşına döyüş mövqelərini tərk edənlər də var idi. Komandanlıq
tərəfindən hücum tapşırığı verilmədiyindən döyüşçülərimiz yalnız müdafiə
mövqeyində dayanırdılar. Onsuz da ermənilərin mühasirəsini yarmaq və ya erməni
hücumlarının qarşısını almaq üçün heç canlı qüvvə və texnika da çatışmırdı.
Bütün bu qeyri
bərabər ölüm-dirim savaşında hələlik öz mövqelərini müvəqqəti də olsa qoruya
bilən azərbaycanlı döyüşçülər Şuşaya daxil olmaq istəyən 422 №-li tankı vurmağa
nail oldular. Tankın komandiri Qaqik Avşaryan, sürücü mexanik Aşot Avanesyan,
atıcı-artirelist Serj Sərkisyan elə ilk və son atəşdən maşının kabinəsindəcə
ölmüşdülər. Xocalı üzərinə hücum zamanı xüsusi "qəhrəmanlıq” göstərən bu tanka
və onun heyətinə etimad göstərilmişdi ki, onlar bir "qəhrəman” kimi Şuşa
qalasına taxmaq üçün Ermənistanın bayrağını aparsınlar. Odur ki, hələ Xocalı
ağrısı yaşayan əsgərlərimiz üçün bu tankın vurulması xüsusi əhəmiyyət
daşıyırdı. Bu hadisəni gözləməyən erməni hərbçiləri mərkəz istiqamətdə döyüşü
dayandıraraq, cinahlardan hücumlarını gücləndirdilər. Onlar Qala divarları
üzərindən Şuşa türməsinə daxil olmağa qərar vermişdilər. Fasiləsiz raket
zərbələri Şuşanın cənubuna və qala divarlarına istiqamətlənmişdi. Bu raket
zərbələri Qala divarları üzərindəki bütün müşahidə qüllələrini dağıtdı, həmin
gün bütün şəhər od tutub yanırdı. Bu həmlədən sonra Şuşanın mühasirəsinə son
qoyuldu ermənilər qala divarları üzərindən şəhərə daxil olmağa başladılar.
Üçüncü cinahdakı erməni qoşun bölmələri Laçın – Şuşa yoluna çıxdılar, Şuşanın
Laçınla əlaqəsi tamam kəsildi. Bununlada Şuşa, Canhəsən, Kosalar, Qaraqaya
erməni işğalının altına düşdü. May ayının 7-dən Şuşaya daxil olmuş erməni qoşun
hissələri, küçə döyüşləri ola biləcəyindən ehtiyatlanaraq küçələrdə açıq
şəkildə hərəkət etməyə cürət etmirdilər. Nəhayət may ayının 9-da gecə saat 4-də
şəhərin boş olduğuna əmin olan ermənilər Şuşa şəhəri üzərindəki qələbələrini
bayram etməyə başladılar. [1]
Lakin bu işğal
ermənilərə o qədər də asan başa gəlməyib. 11 min erməni əsgərinə cox az sayda
Azərbaycanlı müqavimət göstərirdi. Azlıqda olan Azərbaycan əsgərləri isə kömək
gözləyirdilər. 10 saatdan artıq davam edən döyüşlərdə 1860 azərbaycanlı
yaralandı, 480-i həlak oldu, 22 min nəfər öz yurdundan didərgin düşdü. Əsir
götürülmüş 68 soydaşımızın taleyi barədə bu günə qədər məlumat yoxdur.









