az ru en

Xəbərlər

NOVRUZ BAYRAMI

Keçmişimizin ən dərin qatlarından gələn Novruz bayramı xalqımızın mənəviyyat dünyasının ayrılmaz hissəsi olub, Odlar diyarında həmişə uca tutulmuşdur. Azərbaycanı qədim sivilizasiyanın mərkəzlərindən biri kimi tanıdan misilsiz dəyərlərimiz sırasında müqəddəs Novruz ənənələri müstəsna mövqeyə malikdir. Ötən dövrlərin təqib və təzyiqlərinə baxmayaraq, həmin ənənələri günümüzədək layiqincə qoruyub saxlaması xalqımızın bəşər mədəniyyəti qarşısında müstəsna xidmətlərindəndir. Bu gün xalqımızın qədim köklərə malik Novruz bayramı vətənimizdə qeyd edilir.

Novruz baharın gəlməsi ilə təbiətdə oyanış yaratmaqla yanaşı, öz mahiyyətində vücudi oyanış əks etdirir. Belə ki, bu bayramda küsənlər barışır, qohum və yaxınlar ziyarət edilir, insanlar bir-biri ilə bayramlaşırlar."Novruz" "yeni gün" deməkdir və baharın gəlişini simvolizə edən qədim xalq bayramıdır.

Qoy bu bayram hər ailəyə bol ruzi-bərəkət və xoş ovqat gətirsin!


BAYRAMINIZ MÜBARƏK!!!