az ru en

Xəbərlər


Bütün dünyada qeyd edilən bu gün, xanımların ən sevimli və sevincli günlərindən biridir.
Bəzi tarixçilərin fikrincə, 8 martın təqvimə qırmızı rəqəmlərlə düşməsinin səbəblərini bilmək üçün 1910-cu ildə həmin günün bayram kimi qeyd olunması təşəbbüsünü irəli sürmüş Klara Setkinin şəxsiyyətinə, xüsusən onun milli mənsubiyyətinə nəzər salmaq lazımdır.
İlk dəfə 1911-ci ildəAlmaniya,Avstriya,İsveçrəvəDanimarkada, 1913-cü ildə isəRusiyada bu gün qeyd edilməyə başlanılıb.
1975-ci ildə BMT tərəfindən8 Mart Beynəlxalq Qadınlar Günükimi elan edilib.

Mahiyyət etibarilə bu gün qadınların ictimai-siyasi, iqtisadi bərabərlik, öz hüquqları uğrunda mübarizədə həmrəylik günü kimi yaradılıb. Dünyanın bir çox ölkələrində8 Martməhz çalışan, əməkçi qadınların günü kimi qeyd olunur.

Bu gün münasibəti ilə bütün dünya qadınlarını təbrik edirik!