
Xocalı soyqırımı—1992-ci il fevralın 25-dən 26-nakeçən gecə Ermənistan Silahlı Qüvvələri tərəfindən Rusiyanın 366-cı
motoatıcı alayının iştirakı iləXocalı şəhərini işğal edərkən,etnik azərbaycanlılara qarşı baş vermiş soyqırımdır. Bu faciə Dağlıq Qarabağ
münaqişəsi zamanı baş vermiş ən dəhşətli hadisələrdən biridir.Bu soyqırım
zamanı Azərbaycan xalqı yüzlərlə şəhid vermişdir. 1992-ci il fevralın 25-dən 26-nakeçən
gecə Ermənistan silahlı qüvvələri SSRİ dövründənXankəndi (Stepanakert) şəhərində yerləşən
366-cı motoatıcı alayın zirehli texnikası və hərbi heyətinin köməkliyi ilə
Xocalı şəhərini işğal etdi. Hücumdan əvvəl, fevralın 25-i axşam şəhər toplardan
və ağır artileriyadan şiddətli atəşə tutuldu. Nəticədə, fevralın 26-ı səhər saat
5 radələrində Xocalı tam alova büründü. Mühasirəyə alınan şəhərdə qalmış
təqribən 2500 nəfər xocalılıAğdam rayonunun
mərkəzinə çatmaq ümidi ilə şəhəri tərk etdi. Amma bir günün içində yer üzündən
silinən şəhəri tərk edən 2500 Xocalı sakinindən 613-ü düşmən gülləsinə tuş
gəlib qətliamın qurbanı oldu. Bu soyqırım nəticəsində 63-ü uşaq, 106-ı qadın,
70-i qoca və qarı olmaqla – 613 nəfər Xocalı sakini qətlə yetirildi, 8 ailə
tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən
birini itirdi. Düşmən gülləsinə tuş gəlib yaralanan 487 nəfərdən 76-sı uşaq
idi. 1275 xocalılı əsir, 150 xocalılı itkin düşdü. "Bütövlükdə
Azərbaycan xalqına qarşı
yönəldilmiş Xocalı soyqırımı öz ağlasığmaz
qəddarlığı və
qeyri-insani cəza üsulları ilə bəşər
tarixində bir vəhşilik
aktıdır. Bu soyqırım, eyni
zamanda, bütün
bəşəriyyətə qarşı tarixi bir cinayətdir."
Heydər Əliyev









