az ru en

Xəbərlər

Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 95-ci ildönümü münasibətilə bu gün Bakıda hərbi parad keçirilir.

26 İyun - Silahlı Qüvvələr günü münasibətilə paytaxt Bakıda hərbi parad keçirilib.

Gün.Az-ın məlumatına görə, paytaxtın "Azadlıq” meydanında keçirilən paradı Azərbaycan prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev qəbul edib.

Paradı dövlət və hökumət rəsmiləri, Silahlı Qüvvələrin yüksək rütbəli nümayəndələri, xarici diplomatlar, millət vəkilləri, müharibə veteranları, istefada olan yüksək rütbəli hərbçilər, ictimaiyyət nümayəndələri izləyiblər.

Qeyd edək ki, paradda 5 min nəfərdən çox şəxsi heyət, 300-ə yaxın texnika və silah sistemləri, o cümlədən Azərbaycanda istehsal olunmuş hərbi texnika və ləvazimatlar, 100-dən çox təyyarə və helikopter, 40-a yaxın hərbi gəmi və kater iştirak edib.

Paradla əlaqədar olaraq Hərbi Dəniz Qüvvələri və DSX Sahil Mühafizəsinin gəmiləri Bakı buxtasında lövbər salıb.

Öncə müdafiə naziri, general-polkovnikSəfər Əbiyevqoşunların hərbi parada hazır olması barədə Azərbaycan prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə raport verib. Daha sonra Azərbaycanın Dövlət Himni oxunub, dövlət başçısı nitq söyləyib.

Prezidentin çıxışından sonra Silahlı Qüvvələrin şəxsi heyətinin və hərbi texnikanın keçidinə start verilib.

Birinci olaraq tribunanın önündən Azərbaycanın dövlət bayrağı və Silahlı Qüvvələrin - Azərbaycan Quru Qoşunları, Hərbi Dəniz Qüvvələri və Hərbi Hava Qüvvələrinin döyüş bayraqları keçirilib.

Bayraqların ardınca xüsusi təqdimatla Müdafiə Nazirliyinin ordu birləşmələri, sülhməramlı qüvvələr, xüsusi təyinatlı qüvvələr, Hərbi Dəniz Qüvvələrinin dəniz piyadaları, Dövlət Sərhəd Xidmətinin, Xüsusi Dövlət Mühafizə Xidmətinin, DİN Daxili Qoşunlarının, FHN Mülki Müdafiə Qoşunlarının, MTN Akademiyasının şəxsi heyətləri, həmçinin Azərbaycanın hərbi təhsil müəssisələrinin kursantları keçid edib.

Parada Müdafiə Sənayesi Nazirliyi tərəfindən Azərbaycanda istehsal olunmuş "Gürzə” patrul maşını, "Matador” və "Marauder” tipli minaya qarşı qorumalı nəqliyyat vasitələri keçid edib.

Xüsusi təyinatlı qüvvələrin istifadəsində yer alan, pulemyot və tank əleyhinə idarə olunan raket kompleksləri ilə silahlandırılmış "Gürzə” maşını ilk dəfə parada nümayiş olunub.

Bundan başqa, hərbi paradda "Cobra”, "Land Rover Defender”, ZPT, "Storm Sufa” tipli zirehli və zirehsiz hərbi maşınlar, "Orbiter-2M” və "Aerostar” tipli pilotsuz uçuş aparatları yer alıb.

Bununla yanaşı nəqliyyat vasitələri üzərində Azərbaycan müəssisələrində istehsal edilmiş 82 mm çaplı minaatan da nümayiş etdirilib.

Paradda "Toçka-U” operativ taktiki raketləri, müxtəlif çaplı yedəkdə daşınan haubitsalar, 120 mm çaplı İsrail istehsalı olan "Cardom” avtomatik minaatanı, 120 mm çaprı TR-122 "Sakarya”, 300 mm çaplı 9K58 "Smerç”, İsrail istehsalı olan 120 və 160 mm çaplı reaktiv atəş sistemləri, "Qvozdika”, "Pion”, "Msta-S” özüyeriyən haubitsaları, TOS-1A "Solntsepyok” reaktiv alovsaçanı, modernləşdirilmiş T-72 "Aslan”, silahlanmaya yeni daxil olmuş "T-90” tankları, "BMP-2” və "BMP-3” tipli piyadaların döyüş maşınları tribuna önündən keçid edir.

Parada Azərbaycan Hava Hücumundan Müdafiə Qoşunlarına məxsus modernləşdirilmiş S-125 "Peçora”, "Strela-10”, S-200, S-300 "Favorit” zenit raket kompleksləri ilə yanaşı silahlanmaya yeni daxil olmuş "Buk-MB” zenit-raket kompleksi də qatılıb.

Paradın sonunda Azərbaycan Hərbi Hava Qüvvələrinin MiQ-29, Su-25, L-39 döyüş və təlim təyyarələri, Mi-24 və Mi-8/17 helikopterləri, DSX-nin Mi-35M, FHN-in Ka-32 və Mi-8 helikopterləri Bakı səmasının üzərindən uçublar. Təyyarələrin tüstü ilə səmada Azərbaycan bayrağının rənglərini həkk etməsi isə xüsusi maraqla qarşılanıb.

Gün.Az-ın məlumatına görə, paytaxtın "Azadlıq” meydanında keçirilən paradı Azərbaycan prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev qəbul edib.

Paradı dövlət və hökumət rəsmiləri, qonaqlar, diplomatik korpusun təmsilçiləri, müharibə veteranları, istefada olan yüksək rütbəli hərbçilər, ictimaiyyət nümayəndələri izləyirlər.

Qeyd edək ki, paradda 5 min nəfərdən çox şəxsi heyət, 300-ə yaxın texnika və silah sistemləri, o cümlədən Azərbaycanda istehsal olunmuş hərbi texnika və ləvazimatlar, 100-dən çox təyyarə və helikopter, 40-a yaxın hərbi gəmi və kater iştirak edir.